• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində plenar sessiya keçirilib

Sentyabr 22, 2025
A A

Bakıda Prezident İlham Əliyevin himayəsi ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan və onun hüdudlarından kənar: Regionların əlaqələndirilməsi, gələcəyin qurulması” mövzusunda plenar sessiya təşkil olunub.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sessiyada çıxış edən Baş nazirin müavini Samir Şərifov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya Azərbaycanın regional və qlobal iqtisadi sistemdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ölkədə yaradılmış şəffaf və stabil investisiya mühiti, Azərbaycanın beynəlxalq bazarlara çıxış imkanları, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, investisiya platformaları və təşviq mexanizmləri barədə məlumat verib.

Monteneqro Respublikasının turizm naziri Simonida Kordiç Azərbaycanla Monteneqro arasında mövcud olan dostluq və səmərəli əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb, ölkəsinin turizm potensialı və investisiya mühitindən bəhs edib. Forumun isə iqtisadi potensialın nümayişi və regional inteqrasiyanın gücləndirilməsi baxımından mühüm təşəbbüs olduğu qeyd olunub.

Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın mövcud olduğunu bildirib. O, rəqabətədavamlı iqtisadiyyat üçün innovasiya və yeni texnologiyaların əhəmiyyətinə toxunaraq data və texnoloji mərkəzlərə sərmayə yatırımlarının vacibliyini diqqətə çatdırıb.

“Roubini Macro Associates” şirkətinin baş direktoru Nuriel Rubini isə Azərbaycanın zəngin enerji resurslarına malik olsa da, iqtisadiyyatın şaxələndirilməsi və “yaşıl keçid” istiqamətində ciddi addımlar atdığını vurğulayıb. O, innovasiya və texnologiyanın gələcək inkişafda aparıcı rol oynadığını, rəqəmsal iqtisadiyyata keçiddə süni intellekt, maşınöyrənmə və fintekin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Həmçinin, rəqəmsal təhsilin və “Coursera” platformasının bu sahədə oynadığı rola diqqət çəkib.

“Aramco Ventures” şirkətinin baş icraçı direktoru Mahdi AlAdel çıxışında enerji və kimya sektorundakı fəaliyyətləri, innovasiya yönümlü sərmayələri barədə məlumat verərək, enerji transformasiyası və yeni iqtisadi çağırışlar fonunda innovativ texnologiyaların dəstəklənməsinin zəruriliyini qeyd edib.

“GenAI Works” şirkətinin həmtəsisçisi Stiv Nuri süni intellektin dünya iqtisadiyyatına təsiri, yeni bazar imkanlarının yaratdığı üstünlüklər barədə danışıb və rəqabətqabiliyyətliliyin artırılması üçün əsas istiqamətləri göstərib.

“FutureThink” şirkətinin rəhbəri və “Why Simple Wins” kitabının müəllifi Liza Bodel isə biznesdə sadəliyin rolu, texnoloji yeniliklərin iş mühitinə təsiri və gələcəyin iş dünyası ilə bağlı baxışlarını bölüşüb. Azərbaycanın innovasiya potensialı ilə tanış olmaqdan məmnunluğunu bildirib.

Sessiya çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “City within a City” (“Şəhər daxilində şəhər”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cassem Əl Zaabi imzalayıblar. Konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, təhsil, ticarət və turizm obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, dəniz suyunun duzsuzlaşdırılması üzrə bir sıra sənədlər imzalanıb. Onlara Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi, Su Satınalma Müqaviləsi, Torpaq icarəsi müqaviləsi və Dövlət zəmanəti müqaviləsi daxildir. Layihənin icrası Sumqayıt Sənaye Parkında 300 min kubmetr gündəlik gücə malik zavodun tikintisini nəzərdə tutur. Ümumi dəyəri 407 milyon ABŞ dolları olan layihəni “ACWA Power” şirkəti həyata keçirəcək. Bu, ölkədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılacaq ilk pilot layihədir və Abşeron yarımadasının içməli su təchizatına mühüm töhfə verəcək.

Plenar sessiyada həmçinin “The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli çıxış edərək Azərbaycanın artan investisiya cazibəsini, Cənubi Qafqazın strateji rolunu və regional əməkdaşlığın uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulmasında əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, 22-23 sentyabr tarixlərində keçirilən Forum İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, “The European House – Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə reallaşdırılır. Tədbirdə 1000-dən çox iştirakçı – yüksək səviyyəli rəsmilər, şirkət rəhbərləri, maliyyə institutlarının nümayəndələri, investorlar və beynəlxalq media təmsilçiləri iştirak edir.

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.