Stolüstü tennisçilərimiz Beynəlxalq turnirdə medal qazanıblar.
Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin iştirakı ilə “WTT Youth Contender” turniri keçirilib. Globalart.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.
U-13 kateqoriyasında çıxış edən Mehin Mirzəbalayeva və Vaqif Babayev turnirin bürünc medalına layiq görülüblər.
Globalart.az
