• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Arşın mal alan” operettası Xankəndidə nümayiş olunub

Sentyabr 23, 2025
A A

Sentyabrın 20-də Xankəndidə keçirilən Şəhər Günü çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri – “Arşın mal alan” operettasını səhnələşdirib. Globalart.az  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Əməkdar artist Vaqif Məstanovdur.

Əsərdə Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Nahidə Orucova (Cahan xala), Əkbər Əlizadə (Süleyman bəy), Əzizağa Əzizov (Soltan bəy), həmçinin Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zalıyeva (Asya), Ülviyyə Əliyeva (Telli) və Elxan İsmayılov (Vəli) çıxış ediblər.

Səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr izləyiblər. Tamaşa böyük maraqla qarşılanaraq alqışlarla müşayiət olunub.

Üzeyir bəyin 1913-cü ildə qələmə aldığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən sayılır. Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsini canlandıran bu əsər XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii təcəssümüdür. Zəngin musiqisi, parlaq obrazları və universallığı ilə bu operetta yarandığı gündən dünyanın müxtəlif səhnələrində dəfələrlə tamaşaya qoyulub.

Məhz Üzeyir Hacıbəylinin yubiley ilində “Arşın mal alan”ın onun doğma Qarabağ torpağında səslənməsi böyük sənətkarın əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il görkəmli bəstəkarın anadan olmasının 140 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə qeyd olunur. Yubiley çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da keçirilir.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.