• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Ukraynanın etnomədəni festivalında təmsil olunub

Sentyabr 24, 2025
A A

Moldovanın paytaxtı Kişineuda, Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” adlı ənənəvi Etnomədəni Festival keçirilib. Globalart.az  “AZERTAC”a istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresi təmsil edib. Azərbaycan guşəsində zəngin milli irsimizi əks etdirən xalçalar, ənənəvi məişət və bəzək əşyaları, milli mətbəximizə aid ləziz nümunələr nümayiş olunub. Bununla yanaşı, Moldova–Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi də ziyarətçilərin marağına səbəb olub.

Festival iştirakçıları sırasında Moldova Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, həmçinin Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban da Azərbaycan guşəsini ziyarət ediblər. Onlara diasporumuzun fəaliyyəti, sərgilənən eksponatlar və mədəni irsimiz haqqında ətraflı məlumat verilib.

Tədbirdə “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdiyi milli rəqslər isə tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, hər il sentyabrın üçüncü bazar günü keçirilən bu festival müxtəlif xalqların və etnik qrupların milli mədəniyyətini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəx və sənətkarlıq nümunələrini bir araya gətirərək ictimaiyyətə təqdim edir.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.