• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“PowerChina Resources Ltd.” şirkətinin sədri ilə görüş keçirlib

Sentyabr 26, 2025
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin sədri Conq Haysianq ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin dinamik inkişafı, son illər imzalanmış strateji sənədlər və əldə olunmuş razılaşmaların uğurla icrasından məmnunluqla qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, “yaşıl enerji” və dayanıqlı inkişaf hədəfləri Azərbaycan-Çin əməkdaşlığı üçün yeni imkanlar açır.

Tərəflər müasir texnologiyaların və innovativ həllərin tətbiqi sahəsində əməkdaşlığın perspektivləri, birgə fəaliyyətin şaxələndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşu, ixrac potensialının artırılması və dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli idarə olunması və çirkab suların təmizlənməsi üzrə layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər. 

Vurğulanıb ki, Azərbaycan-Çin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr ölkəmizin yaşıl enerji keçidinə, ixrac potensialının genişlənməsinə və ekoloji dayanıqlığın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, “PowerChina Resources Ltd.” dünya miqyasında enerji, infrastruktur və tikinti sahələrində geniş layihələr həyata keçirən aparıcı Çin şirkətlərindən biridir. Şirkət elektrik enerjisi istehsalı, bərpa olunan enerji, hidroenerji, külək və günəş stansiyalarının inşası, həmçinin su təsərrüfatı və irimiqyaslı infrastruktur layihələri üzrə zəngin təcrübəyə malikdir. Şirkətin qlobal əməkdaşlıq şəbəkəsi, eləcə də “SOCAR Green” kimi tərəfdaşlarla birgə həyata keçirdiyi layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji baxımdan təmiz texnologiyaların təşviqinə töhfə verir.

Globalart.az
Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.