• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Belarusda “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” adlı sərgi açılıb

Sentyabr 26, 2025
A A

Belarus Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisinin açılışı olub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası, təbiət “nəğməkarı” kimi tanınan Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi Azərbaycan və Belarusun Mədəniyyət nazirliklərinin, həmçinin hər iki ölkənin Milli İncəsənət muzeylərinin dəstəyi ilə keçirilib.

Globalart.az  “AZƏRTAC”a istinadən xəbər verir ki, ekspozisiyada təqdim olunan əsərlər dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinin parlaq hissəsini təşkil edən, sonrakı nəsillər üçün ilham mənbəyi olan bədii irsini əks etdirməklə, tamaşaçılarda sənətkarın yaradıcılığı və unikal bədii üslubu haqqında dolğun təsəvvür formalaşdırır.

Sərgidə Səttar Bəhlulzadənin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş, çox sevdiyi vətəninin əsrarəngiz təbiət mənzərələrini əks etdirən 30-dək rəngkarlıq və qrafika əsəri yer alıb.

Səttar Bəhlulzadə sənətdə yaşadığı dövrün ideoloji çərçivələrindən kənar, təkrarsız yolla gedib. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olan sənətkar ömrünü doğma torpağın hər guşəsini kətana köçürməyə həsr edib, təbiətin ruhunu, görünməyən mahiyyətini rənglərin dili ilə ifadə edib. O, yaradıcılığında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeziyası, Təbriz miniatür üslubu və Azərbaycan xalça sənəti kimi əsas mənbələrdən ilhamlanıb.

Poeziya vurğunu olan Səttar Bəhlulzadənin əsərlərində Füzulinin kədərli lirizmi və ilahi məhəbbəti rəssamın rəsmlərində təbiətə olan sonsuz eşqlə qovuşurdu. Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində M.Füzuli və onun “Leyli və Məcnun” əsərinin qəhrəmanlarına həsr edilmiş rəngkarlıq və qrafika əsərləri ilə də mühüm yer tutur.

Sərgidə nümayiş olunan “Məcnun” əsərində səhralarda dolaşan uzun saçlı qəhrəmanın portreti vasitəsilə onun daxili aləmi – sevgi, iztirab, tənhalıq və ilahi eşq ustalıqla əks etdirilib.

Ekspozisiyada yer alan “Mavi səmada”, “Qafqaz ahəngləri”, “Çiçəklənən heyva”, “Romantik dağlar” kimi əsərləri onun bənzərsiz sənətkarlığının təcəssümü olan poetik-fəlsəfi səciyyəli, simvolik mənaya malik yaradıcılıq incilərindəndir. “Bilgəh”, “Çiçəklənən badam ağacı”, “Tut ağacı” kimi mənzərə əsərlərində rəssam təbiətdə mövcud olan rənglərin harmoniyasını, incə keçidlərini ustalıqla kətan üzərinə köçürüb. Bol məhsullu Azərbaycan təbiətinin ayrı-ayrı cizgiləri “Göygöl”, “Şahnabad dağları”, “Mənzərə”, “Narlar və heyvalar” və digər mənzərə və natürmort janrlı qrafik rəsmlərində ustalıqla əbədiləşdirib.

“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi tamaşaçılara dahi rəssamın Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və unikal bədii üslubunu dolğun şəkildə təqdim edib.

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.