• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirilib

Sentyabr 26, 2025
A A

27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 44 günlük Vətən müharibəsində iştirak etmiş agentliyin bir qrup əməkdaşı ilə görüş keçirib.

Globalart.az  “AZƏRTAC”a istinadən xəbər verir ki,  Vətən müharibəsi şəhidləri və qazilərinin yad edilməsi məqsədilə keçirilən görüşdə İdarə Heyətinin sədri çıxış edərək həmin müharibədə qazanılan Zəfərin xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi, Ordumuzun böyük şücaəti və yüksək döyüş hazırlığı nəticəsində 44 gün davam edən müharibədə torpaqlarımız işğaldan azad edilib. “Bugünkü müstəqil, təhlükəsiz və yenidən qurulan Qarabağ uğrunda apardığınız mübarizəni dövlətimiz və xalqımız daim yüksək qiymətləndirir. Sizin xidmətləriniz yalnız döyüş meydanında deyil, hazırda da mina təhlükəsi ilə mübarizə fəaliyyətində davam edir və bu, olduqca şərəfli bir missiyadır”, – deyə V. Süleymanov vurğulayıb.

Döyüşlərlə bağlı təəssüratlarını paylaşan müharibə iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgərlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının birliyi və dəstəyi sayəsində Zəfər qazanıldığını bildiriblər. Hazırda isə mina təhlükəsi ilə mübarizə fəaliyyətində iştiraklarının onlar üçün mənəvi borc olduğunu qeyd ediblər.

Sonda görüşdə iştirak edən əməkdaşlara təşəkkürnamə və agentliyin Həmkarlar İttifaqı Komitəsinin ayırdığı mükafatlar təqdim olunub.

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.