• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycanlı dizayner Qalib Qasımovun Milanda yeni kolleksiyanı təqdim edib

Sentyabr 29, 2025
A A

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Milan şəhərində fəaliyyət göstərən azərbaycanlı dizayner Qalib Qasımovun yaratdığı “Institution” brendi bir daha beynəlxalq moda dünyasında diqqətləri üzərinə cəlb edib.

Dizaynerin yeni kolleksiyası olan “Collection 04 – Su”, suyun mədəni və mənəvi simvolizmi əsasında hazırlanıb. “Su” sözü, qədim Proto-türk dilində “həyat və ruhun güzgüsü” mənasını daşıyır və kolleksiyanın əsas ideyası da məhz insan və təbiət arasındakı əlaqəni, həmçinin ənənə ilə müasirliyin moda dünyasında harmoniya yaratmasını əks etdirir.

Kolleksiyada ənənəvi çəpkən geyimlərindən ilhamlanan qadın jiletləri, əl işləri ilə hazırlanmış parçalar və unikal dizayn elementləri yer alır. Kolleksiyanın hazırlanmasında Azərbaycanın Masallı və Lənkəran bölgələrindən olan qadın icmaları fəal iştirak edib. Bu kolleksiyada, əsasən Typha Latifolia (qamış/rüş) bitkisindən istifadə edilərək qədim toxuculuq sənəti yenidən həyat tapıb.

Əlavə olaraq, kolleksiyaya daxil edilən bəzi əl işləri isə Gürcüstandakı azərbaycanlı icmalar tərəfindən toxunub və bu işlər həm qədim Borçalı xalçaçılıq ənənələrini, həm də müasir texnologiya və materialları birləşdirir. Məsələn, pambıq ayaqqabı bağlarından hazırlanan unikallar, brendin xüsusi üslubunu təmsil edir.

Təqdimat zamanı azərbaycanlı pianoçu Etibar Əsədli də çıxış edərək, canlı piano və DJ musiqisi ilə kolleksiyanın atmosferini tamamladı və tədbirə xüsusi rəng qatdı.

Qalib Qasımov kolleksiyasının məqsədini, mədəni irsin qorunması, qadın icmalarının dəstəklənməsi və davamlı modanın təşviq edilməsi olaraq açıqlayıb.

Kolleksiya, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təqdim edilib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.