• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan BMT-ni̇n gənclər tədbirində təmsil olunub

Sentyabr 30, 2025
A A

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli gənclər tədbirində iştirak edib.

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində tarixdə ilk dəfə gənclərə həsr olunmuş rəsmi görüş – “Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (WPAY) qəbul edilməsinin 30 illiyi” mövzusunda yüksək səviyyəli plenar iclas keçirilib. Tədbirdə üzv dövlətlər, nazirlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlər bir araya gələrək son 30 ilin təcrübəsini bölüşüb, əldə edilən nailiyyətləri müzakirə edib və gələcək üçün ortaq əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Yüksək səviyyəli plenar hissədə Azərbaycanı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirinin müavini Ülviyyə Axundova təmsil edib. Nazirliyin dəstəyi ilə təşkil olunan nümayəndə heyətində NAYORA-nın sədr müavini Güldanə Dadaşova və Goranboy Gənclər Evindən Elnur Arifzadə də yer alıblar. Nümayəndə heyətinin tərkibində Güldanə Dadaşova “Heç kəsi kənarda qoymadan Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının icrasının irəlilədilməsi” mövzusunda keçirilən birgə nəsillərarası paneldə çıxış edib.

Səfər müddətində nümayəndələr həmçinin Gənclər Festivalı çərçivəsində keçirilən müxtəlif tədbir və görüşlərdə iştirak edərək beynəlxalq həmkarlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.