• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb

Oktyabr 3, 2025
A A

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin bağlanış mərasimində iştirak edib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və  səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Sammitin  ev sahibi Cənubi Afrika Respublikasının Milli Assambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasının sədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça  ilə  görüşüb.

Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərin vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə və Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə görə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünü bildirib.

Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.