Bakı Fotoqrafiya Evində Alzheimer xəstəliyinə həsr olunmuş sərgi açılıb
A
A
Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, Bakı Fotoqrafiya Evində Alzheimer xəstəliyinə həsr olunmuş sərgi açılıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Dayaq” Patronaj Xidməti tərəfindən təşkil olunan sərgidə rəssamlar Rəşad Ələkbərovun, Fərid Rəsulovun, Fəxriyyə Məmmədovanın, Mehriban Şəmsadinskayanın, Orxan Qarayevin və Sayalı Məmmədovanın əsərləri yaddaşın kövrəkliyini və unudulmuş anların bədii təcəssümünü əks etdirir.
Sərgi oktyabrın 9-a kimi davam edəcək. Giriş hər kəs üçün sərbəstdir.
Globalart.az

