• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan etdi

Oktyabr 9, 2025
A A

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu müsabiqə milli kino sənayesinin inkişafını təşviq etmək, yaradıcı potensialı stimullaşdırmaq və yerli film istehsalçılarının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. Müsabiqəyə ölkənin aparıcı prodüser şirkətləri, gənc rejissorlar və tələbələr tərəfindən çoxsaylı layihələr təqdim edilib.

Qiymətləndirmə prosesi Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası və Seçim Komissiyası tərəfindən aparılıb və nəticədə animasiya, tələbə, qısametrajlı bədii, bədii-sənədli, sənədli və tammetrajlı bədii filmlər olmaqla müxtəlif janrları əhatə edən ümumilikdə 17 layihə dövlət dəstəyinə layiq görülüb.

Qaliblərin siyahısı aşağıdakı kimidir:

Animasiya filmləri:
• “Kölgəsiz adamlar” – HochazFilm Creative Studio MMC
• “Eyni yağışın altında” – PERİ Film MMC
• “Qayıtmışam” – 3DOST Production MMC

Tələbə filmləri:
• “Oyun” – PERİ Film MMC
• “Hipotez” – 3DOST Production MMC

Qısametrajlı bədii filmlər:
• “İşıq” – KİNOBİZ MMC
• “Ağacdələn” – KARVAN Production MMC
• “Divarın o üzü” – AND Production MMC
• “Zamanın səssizliyi” – NAVIS MMC

Bədii-sənədli filmlər:
• “Ağrının ovcundakı şəhər – İrəvan” – BUTA Film MMC
• “Qarabağ – Qafqaz Albaniyası abidələri” – RAKURS Film-Media MMC
• “Qönçəbəyim” – OKSİMEDİA MMC
• “Köçəri” – RENTAL Azərbaycan MMC

Sənədli filmlər:
• “Yaddaşın kölgələri” – İNVİCO MMC
• “Sərt gözəllik” – OD Media-Production MMC

Tammetrajlı bədii filmlər:
• “Cazda birinci” – İctimai Televiziya və Radio Yayımları Şirkəti
• “Sonuncu güllə” – M Cinema MMC

Qalib layihələrin reallaşdırılması mərhələli şəkildə həyata keçiriləcək. Müsabiqənin təsdiqlənmiş reqlamentinə əsasən, apelyasiya üçün növbəti beş iş günü ərzində şirkətlər ARKA-nın rəsmi elektron ünvanına (arka@culture.gov.az) müraciət edə bilər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.