• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat naziri Küveytdə bir sıra görüşlər keçirib

Oktyabr 10, 2025
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Küveytə işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, sənaye, turizm və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin təşviqi və strateji əməkdaşlıq imkanları müzakirə olunub.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin ticarət və sənaye naziri Xəlifə Abdullah Dhahi Al-Ajeel Al-Askar ilə görüşüb.

Görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib, ticarət və investisiyaların artırılmasının, biznes əlaqələrinin yeni təşəbbüs və layihələrlə şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti və sənaye zonalarında sərmayə imkanları barədə məlumat verilib. Su və tullantıların idarə edilməsi, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və digər sahələrdə dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlıq perspektivləri qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Əhməd Al-Rumi ilə görüşüb.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyindən məmnunluq ifadə olunub, ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq, emal layihələrində iştirak perspektivləri dəyərləndirilib. 

Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Alshaya Group” şirkətinin icraçı sədri Məhəmməd Alşaya ilə görüşündə qlobal biznes mühitində yeni imkanlar və innovativ həllər sahəsində potensial əməkdaşlıq və qabaqcıl təcrübələrin ölkəmizə transferi müzakirə olunub. Görüş zamanı Azərbaycanın əlverişli investisiya mühiti, regional bazarlara çıxış imkanları, turizm, ticarət və xidmət sektorlarının inkişaf perspektivləri barədə məlumat verilib.

“Alshaya Group”un pərakəndə ticarət, ictimai iaşə və xidmət sahələrində beynəlxalq təcrübəsinin Azərbaycanda tətbiqi, yerli biznes subyektləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat naziri  Mikayıl Cabbarov səfər çərçivəsində “Bukhamseen Group Holding Company” şirkətinin sədr müavini və baş icraçı direktoru cənab Emad Buxamsin ilə görüş keçirib.

Görüşdə Azərbaycanın inklüziv biznes mühiti və beynəlxalq şirkətlərlə tərəfdaşlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, potensial sahələr üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir və bu çərçivədə beynəlxalq tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verilir.

Görüşdə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Globalart.az

 

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.