• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İran İslam Respublikası Ali MMU-nun nümayəndə heyəti ölkəmizə səfər edib

Oktyabr 10, 2025
A A

İran İslam Respublikası Ali Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti ölkəmizə səfər edib.
Əvvəlcə İran nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyaraq Vətən uğrunda şəhid olanların xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Globalart.az Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan MMU-nun rektoru general-mayor Gündüz Əbdülov İran Ali MMU rektorunun təlim və təhsil üzrə müavini ikinci dərəcəli kontr-admiral Cavad Dadaşzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşdə qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verilib.
Sonra İran nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olub. İnstitutun rektoru polkovnik Elnur Ələsgərli təhsil ocağının fəaliyyəti barədə geniş məlumat verib.
Səfər çərçivəsində iranlı qonaqlar, həmçinin MMU-nun Cəmşid Naxçıvanski adına Hərbi Liseyində də olublar.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub. İran nümayəndə heyəti liseyin ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev qonaqlara liseyin təhsil sistemi barədə məlumat verib.
Keçirilən görüşlərdə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.