• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Bakıda üçüncü “Avropa Təamları” Kulinariya Festivalı keçiriləcək

Oktyabr 10, 2025
A A

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi İttifaqa üzv dövlətlərin səfirlikləri ilə birgə üçüncü “Avropa Təamları” Kulinariya Festivalı keçirəcək.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, açıq havada keçiriləcək tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

Avropa mətbəxi haqqında daha çox öyrənmək, ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyənlər oktyabrın 11-də saat 13:00-dan 19:00-dək Avropa Oyunlar Parkında (Su İdman Kompleksinin arxası) keçiriləcək festivala gələ bilərlər.

Festivalda Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.

Aİ nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə ustad dərsləri olacaq. Yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxaracaqlar.

“Biz Bakıda üçüncü dəfə “Avropa Təamları” Kulinariya Festivalını keçirməkdən məmnunuq. Hər kəsi Avropa ölkələrinin kulinariya aləminə səyahətdə bizə qoşulmağa və təamların unudulmaz ləzzətindən, canlı musiqi proqramından, kulinariya viktorinalarından və daha çox şeylərdən həzz almağa dəvət edirik”, – deyə Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius bildirib.

Tədbir zamanı viktorinaların qalibləri digər mükafatlarla yanaşı, Aİ nümayəndəliyi tərəfindən nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş İttifaqa üzv 27 ölkənin ənənəvi reseptlər toplusundan ibarət “Avropa Təamları” kitabını da əldə edə biləcəklər. Kitabı, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin veb-səhifəsindən elektron formada əldə etmək mümkündür.

Tədbirdə, həmçinin “Azeri Home Chef”in feysbuk səhifəsi tərəfindən Avropa yeməklərinin kulinariya və rəsm müsabiqələri qaliblərinin mükafatlandırma mərasimləri də baş tutacaq. Müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də burada təqdim ediləcək. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunacaq.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.