• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Yaşıl iqtisadiyyata töhfə verəcək KOB klaster şirkəti yaradılıb

Oktyabr 13, 2025
A A

Ölkədə ikinci “KOB klaster şirkəti” – “Naturaoil KOB klaster şirkəti” MMC yaradılıb.

Globalart.az “KOBİA”ya istinadən xəbər verir ki, “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Naturaoil KOB klaster şirkəti” MMC-nin rəhbərliyi arasında görüş keçirilib, KOB klaster şəhadətnaməsi şirkətə təqdim olunub.

KOB klaster şirkəti Sumqayıt şəhərində nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaqdır.  

Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur.  İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır. 

Hazırda 10 mikro və kiçik sahibkar KOB klaster şirkətinin iştirakçısıdır. Sumqayıt şəhəri və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlar şirkətə müraciət edə bilərlər. 

KOB klaster şirkətinin fəaliyyətə başlaması üçün KOBİA tərəfindən müvafiq sənədlərin hazırlanması, KOB klasterinin iştirakçılarının tapılması və s. istiqamətlərdə dəstək göstərilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad olunub. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad ediləcəkdir. 

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.