• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər

Oktyabr 15, 2025
A A

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə  Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,  Spiker Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.

Globalart.az

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.