Azərbaycan və Türkiyənin qadın sahibkarlarının iştirakı ilə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan bir qrup tələbə “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərlə tanış olub.
Globalart.az “KOBİA”a istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən tələbələrə KOB evinin iş prosesi, burada biznes subyektlərinə göstərilən “G2B” və “B2B” xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir və ölkəmizə səfərə gələn bir çox xarici nümayəndə heyətləri tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək üçün “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi də fəaliyyət göstərir.
Sonda KOB evinin fəaliyyəti barədə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Globalart.az

