• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilib

Oktyabr 16, 2025
A A

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərhumun cənazəsi ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Mədəniyyət naziri Adil Kərimli Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Nazir qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinədir ki, zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq.

“Ramiz Quliyev yalnız böyük bir ifaçı kimi deyil, həm də sənətə gətirdiyi özünəməxsus üslubla seçilirdi. O, Azərbaycan tarını, milli musiqimizi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaqla mədəniyyətimizin dünyada sevilməsinə mühüm töhfə verib”, – deyə nazir qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli dərin kədərini ifadə edərək deyib: “Ramiz Quliyevlə ömür boyu yaxın dost olmuşuq. Onu itirmək mənim üçün də, bütövlükdə Azərbaycan mədəniyyəti üçün də son dərəcə ağırdır. Biz Ramizlə saysız-hesabsız konsertlərdə bir yerdə iştirak etmişik. Onun sənətinə, ifasına hər zaman heyran olmuşam. Dünyanın bir çox ölkələrində böyük zal və orkestrlərin müşayiəti ilə çıxışlarımız olub. O, Azərbaycan musiqisini layiqincə təmsil edən, xalqın qəlbində özünə yer qazanmış nadir sənətkarlardan biri idi”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxışında Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. O qeyd edib ki, Ramiz Quliyev Azərbaycan tar ifaçılığı sənətində ən yüksək səviyyəni nümayiş etdirib. “Mən düşünürəm ki, onun bu yanaşması və üslubu tar ifaçılığının ən seçilən nümunələrindən biri olaraq qalacaq,” – deyə o əlavə edib.

Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqi sənətində nadir istedada malik böyük sənətkar idi. Onun ifaçılığı, yaradıcılığı və musiqiyə olan yanaşması gələcək nəsillərə örnək olacaq. Onun adı xalqımızın qəlbində daim yaşayacaq.

Xalq artisti Vamiq Məmmədəliyev çıxışında Ramiz Quliyevin musiqi irsimizin yaşadılmasında çox böyük işlər gördüyünü deyib. O bildirib ki, bütün bunlar onun tara olan sevgisindən yaranmışdı: “Gözəl xasiyyəti var idi. Sədaqətli dost, yaxşı yol yoldaşı idi. Onu itirmək olduqca ağırdır”.

Bütün iştirakçılara təşəkkürünü bildirən Xalq artistinin oğlu Əyyub Quliyev deyib: “Dost itirmək ayrı dərddir, müəllim itirmək ayrı dərddir, ata itirmək isə tamam başqa dərddir… Mən üçünü də itirdim…Mikayıl Müşfiqin gözəl sözləri var: Oxu tar, oxu tar, Səni kim unudar. Ramiz müəllimi heç vaxt unutmayacağıq”.

Ramiz Quliyevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edək ki, görkəmli sənətkar İkinci Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

Fortunamag.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.