• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabr 16, 2025
A A

Oktyabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qazaxıstan Xalqları Assambleyasının vilayət mediasiya şurasının və Manqıstau vilayət məclisinin sədri Matayev Janbırbay Canibekoviçin  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu deyən Hicran Hüseynova qeyd edib ki, hər iki dövlətin liderləri ailə, qadın və uşaq məsələlərinə xüsusi əhəmiyyət verirlər. O, bu il Almatı şəhərində keçirilən ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması mövzularına həsr edilmiş forumda iştirakını xatırlayaraq, tədbirin çox səmərəli keçdiyini söyləyib. Görüşdə belə bir əminlik ifadə olunub ki, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi gələcəkdə bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirəcək.

Öz növbəsində, qonaq Matayev Janbırbay Canibekoviç göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, vurğulayıb ki, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin parlament sədrlərinin səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində daha da möhkəmlənib, yüksək səviyyədə inkişaf edib. Qonaq gələcəkdə bu əməkdaşlığın parlamentlərarası dialoq və qarşılıqlı layihələr vasitəsilə daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputat İlham Məmmədov və  Qazaxıstan nümayəndə heyətinin üzvləri çıxış edərək parlamentlərarası münasibətlərin inkişaf perspektivlərini və qarşılıqlı faydalı əməkdaşlıq barədə fikirlərini səsləndiriblər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.