Rüfət Mahmud Pakistan İslam Respublikasının Multan bölgəsinin komissarı Əmir Kərim Xan ilə görüşüb
A
A
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Multan bölgəsinin komissarı Əmir Kərim Xan ilə görüşüb.
Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, görüşdə tərəflər həm gələcək əməkdaşlıq barədə, həm də İçərişəhərdəki Multani karvansarası ilə bağlı mümkün birgə layihələr haqqında fikir mübadiləsi aparıblar.
Daha sonra qonaq İçərişəhərin tarixi məkanlarını ziyarət edib, Multani karvansarasında aparılan bərpa işlərinə baxış keçirib, Şirvanşahlar Sarayı kompleksi və digər tarixi yerlərin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.
Globalart.az
