• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Şəhər Günü münasibətilə Füzulidə “Zəfərin ruhu” adlı fotosərgi açılıb

Oktyabr 17, 2025
A A

Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü münasibətilə “Zəfərin ruhu” adlı fotosərgi açılıb.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunan sərginin açılışında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, şəhər sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunan sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda Azərbaycan xalqının yenilməzliyinin, sarsılmaz iradəsinin və Qarabağın sürətli bərpasının fotolara köçmüş ifadəsidir. Sərgi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan soydaşlarımızın qürur hissinin təcəssümüdür.
Sərgi çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. Təcrübəli sənət müəllimləri uşaqlara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Ustad dərsləri uşaqlara rəssamlıq biliklərini inkişaf etdirməyə, eyni zamanda tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.