• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

Oktyabr 21, 2025
A A

ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində ənənəvi Türk Festivalı keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Kapitol binasının yerləşdiyi məşhur Pensilvaniya prospektinin bir neçə küçəsi festival üçün bağlanıb. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər türkdilli dövlətlər və xalqların çadırları quraşdırılıb. Çadırlarda əsasən Vaşinqton ətrafında yaşayan türkdilli xalqların təmsilçilərinin əl işləri, fəaliyyət sahələri, xalqlara məxsus incəsənət nümunələri, o cümlədən onlara məxsus milli təamları nümayiş olunub. Azərbaycan mətbəxinə məxsus lülə kabab yerli əhalinin və turistlərin xüsusilə böyük marağına səbəb olub və qarşısında uzun növbə yaranıb.

Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evi də festivalda təmsil olunub. Onlar müxtəlif növ Azərbaycan yeməklərini və milli mədəniyyət nümunələrini festival ziyarətçilərinə təqdim ediblər.

Həmçinin, könüllülər Azərbaycanla bağlı maraqlı məlumatları qonaqlara çatdırıb və onlara Azərbaycan bayrağı paylayıblar.

Festivalda konsert proqramı təşkil olunub. Konsertdə müxtəlif türkdilli xalqlarla yanaşı, Azərbaycan icmasının istedadlı təmsilçilərinin musiqi nömrələri də yer alıb. Azərbaycanlı müğənni Günay Quliyeva, kamança ustası Toğrul Orucov və nağara ifaçısı Zaur Şahın ifasında müxtəlif xalq və bəstəkar musiqiləri səsləndirilib. “Güldər” rəqs qrupu milli rəqslərimizi ifa edib.

Yerli sakinlər və icma nümayəndələri konserti coşqu ilə qarşılayıb və öz rəqsləri ilə musiqiçilərə qoşulublar.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.