• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Füzuli Şəhəri Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb

Oktyabr 22, 2025
A A

Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda qurulmuş böyük səhnədə möhtəşəm konsert proqramı təşkil olunub.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konserti Xüsusi nümayəndəliyin əməkdaşları, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və şəhər sakinləri izləyiblər.
Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanılıb.
Sonra Əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva, Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışlarla qarşılanıb.
Vətənimizi, onun dilbər guşəsi Qarabağı tərənnüm edən nəğmələrdən ibarət konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq olub. Azad yurdun səması al-əlvan rənglərlə boyanıb. Yaranmış ecazkar mənzərə doğma yurdda qurub-yaratmağa başlayan sakinlərə unudulmaz anlar bəxş edib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.