• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nizami Kino Mərkəzində “Danışır və göstərir Şuşa” filmi nümayiş olunub

Oktyabr 24, 2025
A A

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilmiş “Danışır və göstərir Şuşa” filmi oktyabrın 23-də Nizami Kino Mərkəzində təqdim edilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, film Şuşa Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti haqqındadır. Filmin qəhrəmanı stansiyanın sabiq əməkdaşı, mühəndis Fazil Həsənovdur.

“Oskar film production”un istehsalı olan filmin rejissoru Murad Muradov, ssenari müəllifləri Ramil Ələkbərov və Murad Muradov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.

Stansiyanın taleyi Qarabağın, Şuşanın və ümumilikdə Azərbaycanın 60 illik dövründə baş verən hadisələr fonunda cərəyan edir.

Şuşa Radio-Televiziya Yayım Stansiyası 1990-cı ildə yanvar hadisələri zamanı – Dövlət Televiziyasının enerji blokunun partladıldığı dövrdə yeganə televiziya informasiya mənbəyi kimi fəaliyyət göstərib. Filmdə Yayım stansiyasının hazırkı əməkdaşları, həmçinin vaxtilə ora ezam olunmuş jurnalist Bəxtiyar Qaraca, rejissor Əlimürsəl Hüseynov və Şuşa stansiyası ilə əməkdaşlıq etmiş şəxslərdən müsahibələr alınıb. Çəkilişlər Bakıda və Şuşada aparılıb.

Film Mədəniyyət Nazirliyi və Kino Agentliyinin keçirdiyi film layihələri müsabiqəsinin qaliblərindən biridir.

Qeyd edək ki, Nizami Kino Mərkəzində oktyabr–noyabr aylarında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunmuş filmlər təqdim edilir. Filmlərin nümayişində məqsəd Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq prosesini ictimaiyyətə çatdırmaqdır. Bu nümayişlər Vətən müharibəsindəki qələbəmizin 5 illiyinə həsr olunur.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.