• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Göygöldə “Hüquq və Suverenlik” düşərgəsi keçirilib

Oktyabr 27, 2025
A A

Oktyabrın 18-dən 22-dək Göygöl Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Hüquq və Suverenlik” düşərgəsi təşkil olunub.

Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, düşərgənin ilk günü “Suverenlik məktəbi: Heydər Əliyev və azərbaycançılıq fikri” adlı ideoloji sessiya baş tutub. Ardınca iştirakçılar “Suveren Zəka” adlı intellektual yarışlarda hüquq, dövlətçilik və beynəlxalq münasibətlər sahəsində biliklərini sınayıblar.

Növbəti gün “Qanunun gücü: Dövlətə və cəmiyyətə xidmət” adlı panel müzakirəsi,  “Məsuliyyətli liderlik: Hüquqdan idarəçiliyə”, “Hüquqi nitq və arqumentasiya bacarıqları” təlimləri təşkil olunub. “Live Constitution Game” adlı interaktiv oyun zamanı iştirakçılar Azərbaycan Respublikası Konstitusiyasının maddələrini səhnələşdirilmiş formada təqdim edərək qanunvericiliyin tətbiq imkanlarını nümayiş etdiriblər.

Sonuncu gün gənclər “Məhkəmə Simulyasiyası” adlı praktiki məşğələdə iştirak edib, hüquqi biliklərini real situasiyalar üzərində tətbiq edərək məhkəmə prosesinin simulyasiyasını həyata keçiriblər.

Proqramın sonunda iştirakçılar üçün Göygöl şəhərinə ekskursiya təşkil olunub.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.