• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat naziri TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclası çərçivəsində görüşlər keçirib

Oktyabr 27, 2025
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi, ticarət dövriyyəsinin genişləndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Görüşdə TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi və region ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər müasir texnologiyaların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika və tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu sahələrdə əməkdaşlığın gücləndirilməsi region ölkələrinin iqtisadi inkişafına və qarşılıqlı inteqrasiyaya mühüm töhfə verəcək.

İclas çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə də görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi birliyinin gücləndirilməsi və əməkdaşlığın şaxələndirilməsi perspektivləri nəzərdən keçirilib. Tərəflər qeyd edib ki, birgə fəaliyyətin genişləndirilməsi TDT çərçivəsində ortaq hədəflərə nail olunmasında və iqtisadi tərəfdaşlığın daha da gücləndirilməsində mühüm rol oynayır.

İqtisadiyyat nazirinin iclası çərçivəsində keçirdiyi növbəti görüş Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə olub.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika və infrastruktur kimi prioritet sahələrdə işbirliyinin fəal dəstəklənməsi məsələləri müzakirə edilib.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.