• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İçərişəhərdə Zeytun Festivalı keçiriləcək

Oktyabr 27, 2025
A A

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçiriləcək.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçiriləcək bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirəcək.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Tədbir hər kəs üçün açıqdır. Ziyarətçiləri dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz atmosfer gözləyir.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.