• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

XX Bakı Caz Festivalının açılışı olub

Oktyabr 27, 2025
A A

“Jolly Joker” konsert zalında Bakı Caz Festivalının təntənəli açılışı mərasimi keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festivalın ilk axşamında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sənətçiləri çıxış ediblər. Caz Festivalının təsisçisi, tanınmış saksafon ifaçısı və bəstəkar Rain Sultanov iyirmi illik tarixdən danışıb.

“Bu gün Bakı Caz Festivalının və onun yubiley ilində danışmaq mənim üçün böyük şərəfdir. Geriyə dönüb baxanda hər şeyin necə başladığını – böyük Co Zavinulun ilk dəfə festivalımıza gəldiyini xatırlayıram. Ovaxtlar bu, mənim üçün çox böyük məsuliyyət, inanılmaz həyəcan və eyni zamanda xoşbəxtlik idi. İndi o, Vyanadakı Mərkəzi Qəbiristanlıqda, Bethoven, Ştraus, Brams və digər böyük musiqiçilərin yanında dəfn olunub”, – deyə bildirib.

Rain Sultanov qeyd edib ki, son iyirmi ildə festival sadəcə musiqidən daha nəhəng bir festivala çevrilib:

“Bu, yaradıcılıq, dostluq və birliyin təntənəsidir. Musiqiçilərin, dinləyicilərin və jurnalistlərin ortaq bir həvəsi bölüşmək üçün bir araya gəldiyi bir məkandır. Bu gün festival bütün dünyada çox məşhurdur. Dünyanın bir çox yerindən musiqiçilər bu səhnəyə çıxmağı və bu atmosferin bir hissəsi olmağını xəyal edir. Bu il isə biz həqiqətən də çoxlu maraqlı qonaqlar qarşılayırıq, onların arasında “Euronews” və “Radio Jazz” jurnalistləri, eləcə də beynəlxalq media nümayəndələri də vardır”.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.