Fərid Qayıbov üzgüçülük federasiyasının rəhbərliyi ilə görüşüb
Oktyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərlə görüş keçirib. Görüş zamanı ASF-nin fəaliyyəti və gələcək planları müzakirə edilib. Milli komandanın hazırlığı, qarşıdakı yarışlar və İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərin yarışda iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ASF prezidenti Zaur Əliyev yeni təyin olunan su polosu üzrə baş məşqçi Qoran Sabliçi nazir Fərid Qayıbova təqdim edib. Nazir məşqçini təyinat münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, təcrübəli mütəxəssislər Luka Qabrilo üzgüçülük, Qoran Sabliç isə su polosu üzrə milli komandanın baş məşqçisi təyin ediliblər.
Globalart.az
