• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Konfutsi İnstitutunun filialının açılış mərasimi keçirilib

Oktyabr 30, 2025
A A

Oktyabrın 29-da Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Lü Mey və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.

Tədbir çərçivəsində Bakı Gənclər Mərkəzi (direktor Nərgiz Babayeva), Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu (direktor Rafiq Abbasov) və Çin tərəfindən Konfutsi İnstitutu (direktor Li Jihua) arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Mərasimdə Azərbaycan və Çin milli rəqsləri və musiqiləri təqdim olunub, çinli tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin sonunda tərəflər arasında hədiyyə mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.