• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə görüşüb

Oktyabr 30, 2025
A A

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Fayzali İdizodanı Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova, Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakına görə təşəkkür edib.

Görüşdə xalqlarımızı ortaq mədəni və mənəvi dəyərlərin birləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbət zamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçılarımızın xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, ölkə başçılarımızın dövlətlərimizin və xalqlarımızın rifahı naminə həyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tam dəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurla inkişaf edir.

Tərəflər parlamentlərimiz arasında da əlaqələrin mövcud səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. Milli Məclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların və ümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.