Avropa İdman Həftəsi davam edir
Gənclər və İdman Nazirliyinin dəstəyi və Avropa Komissiyasının təşəbbüsü ilə “Be Active” devizi altında keçirilən Avropa İdman Həftəsi Şəki Olimpiya İdman Kompleksində davam edir.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif yaş qruplarından olan iştirakçıların qatıldığı tədbirdə Şəki-Zaqatala və Dağlıq Şirvan regionlarını təmsil edən şəhər və rayon komandaları mübarizə aparırlar.
Yarışın üçüncü günündə ümumilikdə 236 nəfər məktəbli iştirak edib. Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunmuş diplom və sertifikatlarla təltif olunublar.
Minifutbol yarışında Zaqatala rayon komandası birinci, İsmayıllı rayon komandası ikinci, Şəki şəhər 17 nömrəli məktəbin komandası isə üçüncü yeri tutublar.
Həmçinin tədbir çərçivəsində aykido üzrə seminar keçirilib və sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Globalart.az
