Bakıda Özcan Denizin konserti keçirilib
31 oktyabrda Bakı Konqres Mərkəzində məşhur sənətçi Özcan Denizin konserti keçirilib.
Sevənlərinin böyük həyəcanla gözlədiyi konsertin bütün biletləri qısa müddətdə satılaraq “sold out” olub.
Səhnəyə çıxan sənətçi iki saat boyunca canlı performansla çıxış edərək tamaşaçılara emosional və unudulmaz anlar yaşadıb.
Azərbaycan tamaşaçısı Özcanı çoxdan sevir. Artıq neçə illərdir ki, Bakıda təşkil olunan konsertləri sold out olur. Bütün biletlər qısa zamanda satılır. Lakin onu sevilən edən təkcə mahnıları deyil, səmimi ünsiyyəti, təvazökar davranışı və tamaşaçı ilə qurduğu dərin bağdır.
Zaman keçsə də, Özcanın səsindəki güc, təravət və hiss azalmayıb. O, hər notu su kimi axıcı, dəniz kimi dərin bir duyğuyla ifa edir.
Bu dəfə də onun Azərbaycan sevgisi səhnədəki danışığında və davranışlarında açıq şəkildə hiss olunurdu. Tamaşaçılar isə sevimli ifaçılarının mahnılarını bir ağızdan, əzbər səsləndirirdilər. Son zamanlar mediadan uzaq durmağa çalışsa da, tamaşaçılar kimi yerli media əhli də ona rəğbət bəsləyir.
Globalart.az
