Heydər Əliyev Mərkəzində Böyük Misir Muzeyinin açılış mərasiminə həsr olunmuş tədbir keçirildi
1 noyabr Heydər Əliyev Mərkəzində Böyük Misir Muzeyinin açılış mərasiminə həsr olunmuş tədbir keçirildi. Kahirdə baş tutan Misir Böyük Muzeyinin açılış mərasimi Bakıdan canlı yayımla izlənildi.
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Global Art-a verilən məlumata görə, tədbirdə yüksək vəzifəli şəxslər, akademiklər, Misir-Azərbaycan dostluq komitəsinin üzvləri, rəssamlar, səfirlər və diplomatlar da daxil olmaqla təxminən 500 nəfər iştirak edib.
Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov olub. Tədbir zamanı iki ölkə arasında mədəni və diplomatik əlaqələrin güclənməsinin əhəmiyyəti vurğulanıb. Bu canlı yayım Misir və Azərbaycanın tarixi və mədəni irs sahəsində əməkdaşlığının növbəti nümunəsi kimi dəyərləndirilib.
Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.
Globalart.az


