• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib

Noyabr 3, 2025
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Neft və qaz sənayesində müasir texnologiyaların, innovativ həllərin, rəqəmsal transformasiya və bərpaolunan enerjiyə keçid strategiyalarının təqdim olunduğu tədbirdə enerji sektorundakı yeni qlobal meyllər təqdim olunub. ADIPEC çərçivəsində ölkəmizin enerji transformasiyası və dayanıqlı iqtisadi inkişaf sahəsində təcrübəsi bölüşülüb.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Görüşdə enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər SOCAR və bp arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivlərini vurğulayıblar.

Müzakirələrdə bildirilib ki, Azərbaycan enerji sektorunda innovasiyaların tətbiqinə, bərpaolunan enerji mənbələrinin inkişafına və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıq enerji keçidi dövründə yeni layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır.

Qeyd edək ki, ADIPEC hər il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qlobal enerji sənayesi tədbiridir. Dünya üzrə aparıcı şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirərək enerji sektorunda innovativ texnologiyaların, yeni həllərin və dayanıqlı inkişaf modellərinin təqdimatına şərait yaradır.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.