• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Səfir: “Müharibədə qalib və sülhdə qətiyyətli olan Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır”

Noyabr 3, 2025
A A

Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, hərbi attaşelərin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların qatıldıqları tədbirdə çıxış edən səfir Bünyad Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini – Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi iki mühüm hadisəni özündə birləşdirdiyini deyib.

“Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni zamanda, çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün bərpasını simvolizə edir”, – deyə B.Hüseynov vurğulayıb.

Qeyd olunub ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin institusionallaşdırılmasının əsasını qoyub. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyini bərpa edərək, xalqımızın birliyini və gücünü bir daha təsdiqləyib.

“Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası konstitusiya dəyərlərini və beynəlxalq hüquq normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir. Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır”, – deyən diplomat əlavə edib ki, ölkəmiz milli maraqlarını və təhlükəsizliyini uğurla müdafiə etməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa töhfələr verir.

Səfir B.Hüseynov tədbirin xüsusi qonağı – Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını deyib.

Sonra musiqiçilər Çilənay Bədəlova, Cavid Mehdiyev, Cəlal Kərimov və Emin Kazımzadənin ifasında Azərbaycan musiqisinin inciləri təqdim edilib, ölkəmizə aid videoçarxlar nümayiş olunub.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.