“Qələbə havası” veloyürüşü başa çatıb
A
A
Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “APAR ride” velosiped şirkətinin təşkilatçılığı ilə keçirilən “Qələbə havası” veloyürüşü uğurla yekunlaşıb.
Globalart.az Fonda istinadən xəbər verir ki, veloyürüşdə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən 150-dən çox gənc iştirak edib.
Marşrutun sonunda, Dövlət Bayrağı Meydanı yaxınlığında gənclər üçün “Zəfər abu-havası” adlı kiçikmiqyaslı musiqili konsert proqramı təşkil olunub. Konsertdə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.
Globalart.az
