Tutankhamonun xəzinəsi ilk dəfə tam şəkildə sərgilənir
A
A
Misirdə dünyanın ən böyük arxeologiya muzeyi sayılan Böyük Misir Muzeyi rəsmi şəkildə açılıb.
Globalart.az xəbər verir ki, muzeydə Tutankhamonun məzarından çıxarılan 5 mindən çox əşya ilk dəfə tam şəkildə birlikdə nümayiş etdirilir.
1,2 milyard dollara başa gələn layihənin hər il 8 milyon turist cəlb edəcəyi gözlənilir. Muzeyin girişini II Ramsesin 11 metrlik heykəli və böyük obelisk bəzəyir. Rəsmilər bu layihəni müasir Misirin mədəni gücünün və elmi nailiyyətlərinin simvolu kimi təqdim edirlər.
Globalart.az
