Mikayıl Cabbarov: İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumunu imzaladıq
“Ərəb Koordinasiya Qrupunun (Arab Coordination Group) Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi”ni və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) ilə Əbu-Dabi İnkişaf Fondu (Abu Dhabi Fund for Development) arasında Anlaşma Memorandumu”nu imzaladıq”.
Globalart.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial hesabında deyib.
Onun sözlərinə görə, Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığımızı yeni mərhələyə yüksəldən bu sənədlər birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.
Globalart.az
