• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Hafiz Paşayev: İtaliya-Azərbaycan Universiteti ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir

Noyabr 6, 2025
A A

Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti ifadəsi leksikona daxil olub və bu, ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib. O bildirib ki, bu layihə böyük əhəmiyyət daşıyır: “Məqsədimiz odur ki, İtaliyadakı təhsil səviyyəsini burada da tətbiq edək. Bildiyiniz kimi, İtaliyanın LUIS Universiteti ilə xüsusi proqramımız var. Necə ki, italyanlar istehsal etdikləri məhsullara qürurla “Made in Italy” yazırlar, biz də çalışmalıyıq ki, “Made in Azerbaijan” brendini formalaşdıraq”.

Rektor qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. Bu proseslərə tələbələr də cəlb olunacaq ki, onlar üçün bu, yaxşı bir təcrübə olsun”.

Globalart.az

 

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.