• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Estoniyada Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

Noyabr 7, 2025
A A

Estoniyanın paytaxtı Tallin şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə konsert təşkil olunub. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Səfirlikdən Globalart.az bildirilib ki, mərasimdə Estoniya parlamentinin (Riigikogu) üzvləri, diplomatik korpusun rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, elm adamları, Azərbaycan və tatar icmalarının təmsilçiləri, eləcə də Tallin şəhərində təhsil alan gənc soydaşlarımız iştirak ediblər.

Tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxış edərək Zəfər Gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat qeyd edib ki, 8 Noyabr — Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsinin, ədalətin və beynəlxalq hüququn bərqərar olmasının simvoludur.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nailiyyətidir. “Konstitusiya və Suverenlik İli”ndə Zəfər Gününə həsr olunan tədbirlərin Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində keçirilməsi xüsusilə qürurvericidir.

Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, klassik səs və opera ifaçısı Aysun Mahmudzadə, Estoniyanın Musiqi və Teatr Akademiyasında təhsil alan viola ifaçısı Əli Əmişov və pianoçu Jalə İslamova çıxış ediblər. Onların ifasında səslənən musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Globalart.az

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.