2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib
Yanvarın 8-də Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxış ediblər. Sonra federasiyanın il ərzində fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub və 2025-ci ilin ən yaxşılarına mükafatlar təqdim edilib.
“İlin kişi idmançısı” Əlhəm Nağıyev, “İlin qadın idmançısı” Yekaterina Sariyeva, “İlin gənc idmançısı” İlahə Quliyeva, “İlin məşqçisi” Vidadi Əlisgəndərov, “İlin hakimi” isə Namiq Əsədov seçiliblər. Oktay Şahtantinskiyə Avropa Atletikasının məşqçi mükafatı, “Zəfər” Qaçış Klubunun direktoru Elşən Quliyev federasiyanın təşəkkürnaməsi təqdim edilib.
Globalart.az