62 min 690 sərnişin daşınıb
A
A
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr- 4 yanvar qeyri-iş günlərində 62 min 690 sərnişin daşıyıb.
ADY-dən Fortunamag.az-a bildirilib ki, Abşeron dairəvi dəmir yolu ilə – 48 min 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu – 8 min 885 nəfər, (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 5 min 263 nəfər sərnişin daşınıb.