• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

Fevral 11, 2026
A A

ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iştirakı ilə dəyirmi masa keçirilib.  

Globalart.az Azərbaycan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, dəyirmi masada Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib. ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb.

Dövlət başçılarının regionda sülhü təmin edən və Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq əsasında möhkəmləndirən siyasətinin enerji əməkdaşlığının inkişafına da təkan verdiyi vurğulanıb. Azərbaycanın bütün enerji növlərini bərabərhüquqlu əsasda inkişaf etdirməsi, regional enerji bağlantılarını şaxələndirməsi, enerji təchizatçısı rolunu elektrik enerjisi ilə genişləndirməsi və enerjinin mühüm bir hisssəsinin məlumat mərkəzlərinin tələbatına yönəldilməsi ilə bağlı kursu diqqətə çatdırılıb. Neft, qaz, bərpa olunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzərindən  elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.

Qeyd edək ki, nümayəndə heyətinə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Motorola Solutions”, “Fuji Engineering”, “Global Data Risk”, “Hill International”, “Lummus Technology”, “Straife” və digər şirkətlərin rəhbər şəxsləri daxildir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.