• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ağdamda Manas Dastanı Günü qeyd olunub

Dekabr 22, 2025
A A

Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü bayramları ərəfəsində Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov və nümayəndə heyəti Ağdam rayonunun Xıdırlı kəndində, Ayköl Manas adına tam orta məktəbdə olublar.

Globalart.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfir Maksat Mamıtkanov və qonaqları Qırğız Respublikası tərəfindən hədiyyə olaraq tikilən məktəblə tanış edib. Qonaqlar daha sonra məktəbin şagird və pedaqoji kollektivi ilə görüşüb, şagirdlərinin hazırladığı mahnı və rəqsləri izləyiblər.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafından söz açıb, bu baxımdan məktəb layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Manas Dastanı Günü və Beynəlxalq Dağlar Gününə həsr olunmuş tematik mühazirə oxunub. Məktəbə Manas haqqında Azərbaycan dilində kitablar təqdim olunub.

Səfir Maksat Mamıtkanov məktəb kollektivi ilə görüşü zamanı “Manas” dastanı və onun qırğız xalqının tarixində və mədəniyyətində əhəmiyyəti haqqında söhbət açıb. O, həmçinin Beynəlxalq Dağlar Gününün bir hissəsi kimi dağların əhəmiyyəti və onların ətraf mühitin, mədəniyyətin və davamlı inkişafın qorunmasında rolu barədə çıxış edib.

Nümayəndə heyəti görüşün sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şagirdlərə hədiyyələr təqdim edib və Manasın doğulduğu Talas əyalətində yetişdirilən lobyaları simvolik hədiyyə olaraq kənd sakinlərinə verib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.