• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ağdamda Zəfər Gününə həsr olunan ağacəkmə tədbiri keçirilib

Noyabr 3, 2025
A A

Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ağdam şəhərində ağacəkmə tədbiri keçirilib.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi ilə birgə təşkil olunan tədbir zamanı Ağdam şəhərində yeni salınan Mərkəzi Parkın ərazisində Qarabağın torpaq-iqlim şəraitinə uyğun, ekoloji cəhətdən dayanıqlı və dekorativ baxımdan yaraşıqlı yüzdən çox ağac əkilib. Əkilən ağacların normal böyüməsini təmin etmək məqsədilə ekologiya mütəxəssislərinin iştirakı ilə əraziyə ilkin aqrotexniki qulluq göstərilib, torpağa mineral gübrələr verilib və suvarma işləri aparılıb.

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və ekoloji tarazlığın bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu işlər nəticəsində illərlə dağıdılmış və ekosistemi zərər görmüş Qarabağ və Şərqi Zəngəzur bölgəsi yenidən öz yaşıllığına, təbii gözəlliyinə qovuşur.

Maliyyə Nazirliyinin kollektivi tərəfindən mütəmadi şəkildə keçirilən yaşıllaşdırma aksiyaları bu dəfə işğaldan azad olunmuş ərazilərdə təşkil edilməklə, məhv edilmiş yaşıllıq massivlərinin bərpasına, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədini daşıyır.

Sonra Nazirliyin kollektivi Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işləri haqqında məlumatlandırılıb, Ağdam Cümə məscidində, İmarət Kompleksində, Xıdırlı kəndində olublar.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.