• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Aida Mahmudovanın sərgisi Nyu-Yorkda

Noyabr 26, 2025
A A

Tanınmış Azərbaycan rəssamı Aida Mahmudovanın “Eyni səma altında” adlı fərdi sərgisi Nyu-Yorkda (ABŞ) yerləşən Sapar Contemporary Art Gallery-də açılıb.

Bu barədə Globalart.az-a YARAT-dan məlumat verilib.

Yerin hər bir zərrəsi özündə zamanın səssiz izini daşıyır. Hər bir zərrə özündə işığın, eroziyanın və transformasiyaların yaddaşını, eləcə də insanın və geoloji tarixin arxivini qoruyub saxlayır. Rəssam Aida Mahmudovanın əsərlərində səma ilə yer arasındakı məkan həm diqqət, həm də bədii araşdırma predmetinə çevrilir. Burada materiallar sanki “danışmağa” başlayır: şirənin parıltılı səthi, daşın iti ucları və ya qumun sayrışması landşaftı üzə çıxarır. Burada material həm şahidə, həm də bir səsə çevrilərək yer, vücud, zaman, yaddaş və məkan arasındakı incə bağlılıqları ötürür.

“Daş səyyahlar” (2025) silsiləsinə aid olan heykəltaraşlıq nümunələri keramika və təbii daşın kəsişmə nöqtəsinə həsr edilmiş, illər boyu aparılan tədqiqat prosesinin nəticəsidir. Bu layihə rəssamın 2024-cü ildə yaratdığı material laboratoriyasında ərsəyə gəlib və regiondakı sürətli urbanistik transformasiyaları əks etdirməklə yanaşı, mədəni irsin spekulyativ, gələcəyə yönəlmiş bir təcrübə kimi yenidən mənalandırılmasına imkan yaradır. Ənənəvi keramika texnikalarını inkişaf etdirən Aida Mahmudova materiyanın zamanı, prosesi və dəyişikliyi necə qeydə aldığını öyrənmək üçün, əlkimya və biokimyəvi yanaşmaları birləşdirir.

Keramika əsərləri neft, kül, balıqqulağı, qum, gil və daş kimi yerli materiallardan istifadə etməklə, əllə hazırlanmış şirə ilə örtülmüşdür. Nəticə etibarilə, bu əsərlərə unikal forma verməklə yanaşı, onları yerli landşaftın ayrılmaz hissəsinə çevirir.

Rəssam öz ilhamını anım, xatirə və oriyentir kimi istifadə olunan, şaquli yığılmış sütunvari daş obyektlərdən götürüb. O, bu formaları yenidən kəşf edərək, onları şəxsi xatirələrin və duyğuların sığınacağına çevirir. Bu ənənəvi daş konstruksiyalar zamanın dinamikasını ifadə edir və rəssamın özü üçün də bir növ naviqasiya daşları rolunu oynayır. Onlar həm məhrəm, həm də rəmzi ərazini əks etdirir və Azərbaycanın mifoloji daşları ilə, məsələn, bir zamanlar qadınların (əsasən də ana olmaq istəyənlərin) ziyarət etdikləri və bərəkət, məhsuldarlıq, habelə yenilənmə mənbəyi hesab edilən müqəddəs “Pirvənzəri” daşı ilə səsləşir. Bu üsulda şəxsi xatirələr əcdadların ritualları və landşaftla ahəngdar şəkildə birləşir.

Öz heykəltaraşlıq təcrübəsi ilə paralel olaraq, Aida Mahmudova “Üzən torpaqlar” (2025) silsiləsinə aid yeni tekstil əsərlər təqdim edir. Bu silsilə rəssamın yaradıcılıq səyahətləri və müşahidələri zamanı təbiət və sənaye məkanlarında spontan şəkildə çəkdiyi fototəsvirlərin əl ilə hazırlanmış bədii çap nümunələrindən ibarətdir. Çap və tikmə prosesləri vasitəsilə xam, təbii parçaya köçürülmüş təsvirlərin səthi taktilliyini qoruyur və eyni zamanda, məkanla zamanın izlərini özündə əks etdirir. Daşların, karxanaların, elektrik xətlərinin, meşələrin və çay məcralarının görüntülərini yanaşı göstərən rəssam, təbii və sənayeləşmiş mühitlər arasındakı sərhədlərin necə dəyişdiyini üzə çıxarır və landşaftı daim transformasiyalara məruz qalan bir arxiv kimi yenidən düşünməyə səsləyir.

“Eyni səma altında” sərgisi 2026-cı il yanvarın 16-dək davam edəcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.