• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Akademik Musiqili Teatrın balet artistləri mükafatlandırılıb

Sentyabr 26, 2025
A A

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası oynanılıb.

Globalart.az  “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşanın sonunda Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı teatr sahəsindəki 20 illik səmərəli fəaliyyətləri münasibətilə təbrik edib. Sənətkar ittifaq və teatr rəhbərliyi tərəfindən verilən fəxri fərmanları onlara təqdim edib.

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər.

1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Yeni quruluşda ilk tamaşa 16 oktyabr 2010-cu ildə oynanılıb.

Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan bu tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Vaqif Məstanovdur.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.