Alman tələbələri ilə İçərişəhərdə görüş keçirilib
A
A
Berlin Texniki Universitetinin (TU Berlin) memarlıq, şəhərsalma və sosiologiya ixtisasları üzrə təhsil alan 20 nəfərlik magistr qrupu Bakıya səfərləri çərçivəsində İçərişəhərdə olub.
Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmudla görüşərək qoruq ərazisindəki idarəetmə modeli, konservasiya və bərpa prosesləri, həmçinin infrastrukturun yenilənməsi barədə ətraflı məlumat alıblar.
Görüş zamanı şəhər ekologiyası, iqtisadiyyatı və tarixi irsin qorunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, almaniyalı gənc mütəxəssisləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Globalart.az